Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Həqiqi dialoq olduğu təqdirdə ABŞ ilə danışıqlara hazırıq”
“Əgər ABŞ həqiqətən razılığa gəlmək üçün dialoqa hazırdırsa, Tehran Ağ Ev administrasiyası ilə danışıqlara açıqdır”. AYNA.AZ bildirir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Bağır Qalibaf CNN-ə verdiyi müsahibədə bildirib.
"Əgər bunlar beynəlxalq normalar çərçivəsində razılığa gəlmək üçün həqiqi danışıqlardırsa, bəli. Lakin bunlar ABŞ Prezidentinin axtardığı danışıqlar deyil; o sadəcə öz iradəsini başqalarına qəbul etdirmək istəyir", - deyə o bildirib.
"İnanıram ki, əgər Tramp həqiqətən dürüstdürsə və Nobel Sülh Mükafatını qazanmaq istəyirsə, o əsl sülhə can atmalı və əvvəlcə özünü müharibəni qızışdıranlardan və İranın təslim olmasını istəyənlərdən azad etməlidir", - deyə İran Parlamentinin sədri əlavə edib.
O qeyd edib ki, Tramp İranla "müharibəyə başlaya bilər", lakin onun nəticəsini idarə edə bilməz: "Evindən minlərlə kilometr aralıda yerləşən Yaxın Şərqə göndərilən minlərlə Amerika əsgəri mütləq əziyyət çəkəcək. Bu, yaxşı deyil".