İran ABŞ la danışıqlara buna görə razılıq vermir Bəqayi

23.11.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İran ABŞ-ın danışıqlara dair yanaşmasını qəbul etmir” .

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Vaşinqton prosesə kifayət qədər ciddi yanaşmır. ABŞ diplomatik prinsiplərə deyil, tətbiq və diktəyə əsaslanan siyasət yürüdür. Birləşmiş Ştatlar bu mövqedə israr etdiyi müddətdə mənalı danışıqlar mümkün olmayacaq”, – o bildirib.

Bəqayi qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə münasibətlər müsbətdir:

“İran bölgədə gərginliyin azaldılması üçün Ər-Riyadın və digər ölkələrin səylərini yüksək qiymətləndirir. Rəsmi Tehranın mövqeyinə görə, hazırkı şəraitdə əsas problem nə vasitəçilik, nə də danışıqların formatıdır — əsas maneə ABŞ-ın mövcud siyasətidir”.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью