İran ABŞ la danışıqlara qapını bağladı SƏRT ŞƏRT KONKRET

12.09.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

İran ABŞ-la danışıqların aparılması üçün sərt şərt irəli sürüb.

KONKRET.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi “X” hesabında Vaşinqton Tehranın tələblərini qəbul edənə qədər ABŞ-la hər hansı danışıqların aparılmayacağını açıqlayıb.

“Heç bir danışıq olmayacaq. İranın şərtləri qəbul edilənə qədər hər hansı müzakirə mənasızdır”, – deyə Əzizi bildirib.

Onun sözlərinə görə, ABŞ İranın tələblərini yerinə yetirməyənədək Tehran Vaşinqtonla danışıqlar masasına oturmayacaq.

Qeyd edək ki, ABŞ avqustun 24-də İranın iqtisadiyyatını daha da təcrid etməyə yönəlmiş “Operation Economic Outcast” adlı yeni sanksiya kampaniyasına start verib. Vaşinqton İranın neft gəlirlərini, maliyyə kanallarını və sanksiyalardan yayınma şəbəkələrini hədəfə alır.

ABŞ rəsmiləri İranla iqtisadi əməkdaşlığı davam etdirən xarici şirkət və ölkələrin də ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью