İran ABŞ la danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib

26.07.2026

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran ABŞ ilə danışıqlardan çıxmadığını, yalnız danışıq prosesini müvəqqəti dayandırdığını vasitəçi rolunu oynayan Pakistana çatdırıb.

Bu barədə “Al Hadath” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran danışıqların ABŞ ilə daha əvvəl əldə olunmuş qarşılıqlı anlaşma memorandumu əsasında davam etdirilməsinin tərəfdarıdır.

Mənbələrin bildirdiyinə görə, İran əvvəlcə Hörmüz boğazındakı vəziyyətin, daha sonra dondurulmuş aktivlərin açılması məsələsinin, bundan sonra isə nüvə proqramının müzakirəsini təklif edir.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью