Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bunu İranın Tailanddakı səfiri Nəsrəddin Heydəri mətbuata müsahibəsində bildirib.
“İranın suverenliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də İran xalqının ayrılmaz hüquqlarının müdafiəsi təcavüzkarlara qarşı mübarizədə əsas prioritetimiz olaraq qalır. Gələcəkdə İran vətəndaşlarına və mülki infrastruktur obyektlərinə qarşı törədilmiş cinayətlərə görə məsul şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına çalışacağıq”, – deyə səfir vurğulayıb.
“Xatırladığınız kimi, ABŞ tərəfi danışıqlar zamanı əldə edilmiş irəliləyişə baxmayaraq, ən azı iki dəfə diplomatik prosesi pozub və qanunsuz şəkildə İrana qarşı təcavüz yolunu seçib. 5 mindən çox İran vətəndaşının həlak olması, Minab şəhərindəki ibtidai məktəb və Lamerd şəhərindəki idman kompleksi də daxil olmaqla, mülki infrastruktur obyektlərinə zərbələr endirilməsi, həmçinin Hind okeanında silahsız İran Hərbi Dəniz Qüvvələrinə məxsus IRIS Dena freqatına hücum — bütün bunlar ABŞ və İsrail rejiminin ölkəmizə qarşı son təcavüzü zamanı törətdiyi hərbi cinayətlər sırasındadır”, – deyə iranlı diplomat bildirib.
Bizimyol.info