İran ABŞ la mümkün razılaşma ilə bağlı danışıqlara başlamağa hazırdır

16.04.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Əgər Vaşinqton konstruktiv mövqe tutsa və nüvə proqramının tamamilə aradan qaldırılmasında israr etməyəcəksə, İran ABŞ-la gələcək sazişin şərtlərini müzakirə etməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi SNN kanalına müsahibəsində deyib.

“Amerikalılar konstruktiv mövqe tutsalar, mümkün saziş üzrə danışıqlara başlaya biləcəyik. İranın uranın zənginləşdirilməsi məsələsi real məsələdir və biz bəzi narahatlıqlara baxmayaraq, İranın nüvə proqramına etimadın yaradılması üçün işləməyə hazırıq. Amma zənginləşmə prinsipinin özü müzakirə mövzusu deyil”, - deyə o, jurnalistlərlə görüşündə vurğulayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью