İran ABŞ la münaqişəni Trampın prezidentlik müddətinin sonunadək uzada bilər

12.08.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran ABŞ-la silahlı münaqişəni Donald Trampın prezidentlik müddətinin başa çatmasına qədər uzatmaq variantını nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Naqdi PBS telekanalına müsahibəsində bildirib.

“Biz elə bir çəkindirmə səviyyəsi təmin etməliyik ki, düşmən heç vaxt bizə hücum etməyə cəsarət etməsin və təhlükəsiz şəraitdə yaşaya bilək. Variantlardan biri bu müharibəni növbəti prezidentlik müddətinə qədər uzatmaq və qarşı tərəfi tükəndirməkdir. Beləliklə, İrana hücum etmək istəyən hər kəs bunun əvəzini ödəyəcəyini anlamalıdır”, – deyə Naqdi bildirib.

ABŞ-la İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqtonla  Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib. Vaşinqton bunu İranın əldə olunmuş razılaşmaların, xüsusilə Hörmüz boğazı ilə bağlı şərtlərini pozması ilə əsaslandırıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью