İran ABŞ la saziş layihəsini təsdiqləmədiyini açıqladı

12.06.2026

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

İran ABŞ-la münaqişənin nizamlanmasına dair sazişin mətnini hələ təsdiqləməyib.

Bu barədə “Fars” agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumat “New York Post” qəzetinin Tehranın saziş layihəsi üzərində işi başa çatdıraraq sənədi Qətərə, oradan isə Vaşinqtona göndərdiyi barədə xəbərindən sonra verilib.

Mənbənin sözlərinə görə, razılaşmanın mətninin hazır olması və İran tərəfindən təsdiqlənməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında sülh sazişi ilə bağlı ilkin razılığın əldə olunduğunu bildirmişdi.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью