İran ABŞ memorandumunda gizli BƏND

15.06.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran-ABŞ anlaşmasına son anda edilən əlavəyə əsasən, İranda və ya Livan da daxil olmaqla, İranın regional müttəfiq qruplarına qarşı hər hansı bir müharibə və ya hərbi əməliyyat yekun razılaşma üzrə danışıqların tamamilə dayandırılmasına səbəb olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Tasnim" xəbər agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, sənədə daxil edilən bu bənd regiondakı hərbi aktivliyə birbaşa təsir göstərəcək gücdədir: “Bu inkişafın vacib mənası ondan ibarətdir ki, əgər müharibə, sui-qəsd və sair kimi hər hansı bir hərbi əməliyyat İranda və ya müqavimət cəbhəsində, o cümlədən Livanda baş verərsə, anlaşma memorandumuna əsasən yekun razılaşma üçün heç bir danışıqlar aparılmayacaq".

Agentliyin həmsöhbəti həmçinin əlavə edib ki, belə bir ssenari reallaşacağı təqdirdə, sənədin digər mühüm bəndləri də qüvvədən düşəcək: "Təbii ki, hərbi əməliyyat baş verərsə, Hörmüz boğazının yenidən açılması da daxil olmaqla, anlaşma memorandumunun icrası 13-cü maddəyə əsasən dərhal dayandırılacaq”.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью