Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 20 sentyabr, AZƏRTAC
İran ABŞ-nin Hörmüz boğazından 1 milyard barel neft çıxarması iddialarını yalan adlandırıb.
AZƏRTAC xəbərinə görə, İran Silahlı Qüvvələrinin sözçüsü general Əbülfəzl Şəkərçi bildirib ki, ABŞ hərbi komandanlığının son iki ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşıyan tankerlərin keçməsi barədə açıqlamaları həqiqətə uyğun deyil.
Mehr xəbər agentliyi generaldan sitat gətirib: "Bu ifadələr reallıq deyil, əksinə, regiondakı terrorçu Amerika ordusunun yorğun qüvvələrinin əhval-ruhiyyəsini qaldırmaq və Amerikanın böyük maliyyə və insan itkilərini haqlı çıxarmaq üçün uğursuz bir psixoloji əməliyyatdır".
Şəkərçi İran ordusunun hələ də Hörmüz boğazındakı vəziyyətə nəzarət etdiyini deyib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper bildirib ki, ABŞ ordusu son iki ay ərzində Hörmüz boğazından 1 milyard bareldən çox neftin daşınmasını təmin edib.