İran ABŞ ni dənizdən vuracaq: FTB XƏBƏRDARLIQ ETDİ

22.11.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın ABŞ ərazisinə dənizdən pilotsuz uçuş aparatları (PUA) ilə hücum edə biləcəyi ehtimalı gündəmə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosu (FTB) İranın Kaliforniya sahillərinə yaxın ərazidə naməlum gəmidən istifadə edərək PUA hücumu təşkil edə biləcəyi ilə bağlı təhlükəsizlik xəbərdarlığı yayıb.

Məlumata görə, FTB-nin təhlükəsizlik qurumlarına göndərdiyi bülletendə Tehranın ABŞ və İsrailin hücumlarına cavab olaraq Amerika ərazisində gözlənilməz zərbə endirməyi planlaşdıra biləcəyi bildirilib.

Bununla belə, PUA-ları daşıdığı ehtimal edilən gəminin ABŞ sahillərinə hansı marşrutla yaxınlaşa biləcəyi barədə konkret məlumat verilməyib. ABŞ hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndələrindən biri isə 12 günlük bombardmandan sonra İranın belə bir hücumu həyata keçirmək imkanlarının əhəmiyyətli dərəcədə zəiflədiyini bildirib. Buna baxmayaraq, təhlükəsizlik qurumları mümkün hücum ehtimalına qarşı hazırlıqlarını davam etdirirlər.

ABŞ Prezidenti Donald Tramp da martın 11-də FTB-nin xəbərdarlığı ilə bağlı açıqlama verib. O, məsələnin araşdırıldığını və baş verən hadisələrə uyğun tədbirlər görüldüyünü bildirib.

Xəbərdarlıqdan sonra Kaliforniyada təhlükəsizlik tədbirləri gücləndirilib. Ştat qubernatoru Qevin Nyusomun ofisindən bildirilib ki, fövqəladə hallar üzrə qurumlar federal və yerli təhlükəsizlik strukturları ilə koordinasiyalı fəaliyyət göstərir.

Los-Anceles Şerif Departamenti də ibadət yerləri, mədəniyyət mərkəzləri və digər mühüm obyektlərin ətrafında patrul xidmətinin gücləndirildiyini açıqlayıb. Qeyd edək ki, xəbərdə hücumun baş verəcəyi təsdiqlənməyib, söhbət ABŞ kəşfiyyatının mümkün təhlükə ilə bağlı xəbərdarlığından gedir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью