Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Tehrana qarşı təcavüz edərsə, İsrail İran üçün qanuni hədəfə çevriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Ali Liderinun müşaviri Əli Şamxani “Al-Mayadeen” telekanalına verdiyi müsahibədə xəbərdarlıq edib.
Xameneinin müşaviri qeyd edib ki, zərbələrin miqyası ABŞ-nin hərəkətlərindən və addımlarından asılı olacaq.
“Bizim cavabımız mütənasib olmalıdır”, - Əli Şamxani qeyd edib.
Qeyd edək ki, yanvarın 26-da ABŞ Prezidenti Donald Tramp İrana doğru “nəhəng bir armada”nın hərəkət etdiyini bildirib. Amerika lideri xatırladıb ki, ABŞ 2025-ci ilin iyun ayında İslam Respublikasındakı nüvə obyektlərinə “Gecəyarısı Çəkic Əməliyyatı” adlandırılan hücumlar həyata keçirib. O, növbəti hücumun daha da pis olacağı barədə xəbərdarlıq edib.