İran ABŞ ni sursatsız qoyub Pentaqon

15.09.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyi İrana qarşı keçirilən «Epik Qəzəb» (Epic Fury) əməliyyatı səbəbindən strateji sursat ehtiyatlarında ciddi qıtlıq yarandığını ilk dəfə rəsmi səviyyədə etiraf edib.

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqon Baş İnspektorunun 28 fevralda başlayan kampaniya ilə bağlı dərc olunan ilk rüblük hesabatında bildirilir. 

Sənədə əsasən, 28 fevral – 30 iyun tarixlərində aparılan hərbi əməliyyatlar ABŞ-yə 33,4 milyard dollara başa gəlib. Bu məbləğin 22,3 milyard dolları sərf olunan hərbi sursatın, 3,7 milyard dolları isə itirilən hərbi texnikanın payına düşür.

ABŞ Müdafiə Nazirliyinin Satınalma və Təchizat üzrə katibliyi bəyan edib ki, müharibə meydanındakı yüksək sursat sərfi strateji rezervlərdə defisit yaradıb və müdafiə-sənaye kompleksinin bu çatışmazlığı bərpa etmək imkanlarında ciddi problemləri ("dar boğazları") ortaya çıxarıb.

Qeyd edək ki, bundan əvvəl Prezident Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset sursat defisiti ilə bağlı məlumatları dəfələrlə təkzib edərək, ordunun kifayət qədər silaha malik olduğunu bildirirdilər. Buna baxmayaraq, iyunun 24-də Ağ Ev Konqresdən 87,6 milyard dollarlıq təcili əlavə maliyyə ayrılmasını istəyib ki, bunun da 67,1 milyard dolları bilavasitə Müdafiə Nazirliyinin ehtiyatlarının bərpasına yönəldilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью