İran ABŞ nin döyüş esmineslərinə hücum etdi

09.09.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinə məxsus iki hərbi gəmiyə ballistik raketlərlə uğurlu zərbələr endirdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Məlumatda deyilir:

“İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava-Kosmik Qüvvələri keçirdiyi əməliyyat zamanı qanadlı raketlər və “Aegis” hücumdan müdafiə sistemi ilə təchiz olunmuş “DDG-119” və “DDG-53” esmineslərinə ballistik raketlərlə zərbə endirib”.

Qeyd olunur ki, hücum nəticəsində ABŞ hərbi gəmilərinə ciddi ziyan dəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью