İran ABŞ nin hərbi radarını vurduğunu iddia edir

13.11.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


İran və ABŞ arasında qarşılıqlı hücumlarla bağlı gərginlik yenidən artıb. İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndə ABŞ-yə məxsus erkən xəbərdarlıq radarının vurularaq məhv edildiyini iddia edir.

“Bakupost” xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasında hücumun ABŞ-nin Hörmüzqan vilayətinin Sirik şəhərində rabitə qülləsinə endirdiyi zərbəyə cavab olduğu bildirilib.

Qurum hücumu ABŞ-yə xəbərdarlıq kimi qiymətləndirib və hava məkanının pozulması, eləcə də Hörmüz boğazında neft qaçaqmalçılığı ilə bağlı halların təkrarlanacağı təqdirdə yeni zərbələr endirməyə hazır olduğunu bəyan edib.

İran tərəfi həmçinin ABŞ-nin göstərişi ilə hərəkət edən və bu pozuntulara qarışan şirkətlərin daha ağır tədbirlərlə üzləşəcəyini bildirib.

ABŞ ordusu və Bəhreyn rəsmiləri radarın vurulması ilə bağlı hələlik açıqlama verməyiblər.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью