İran ABŞ nin mümkün hücum iddialarına sərt reaksiya verib

26.01.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ tərəfindən İrana yönələcək hər hansı hücum hərtərəfli və təəssüf doğuracaq cavabla qarşılanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O, regiona hərbi qüvvələrin yerləşdirilməsinin beynəlxalq hüququn pozulması olduğunu vurğulayıb və bunun İranın müdafiə iradəsinə təsir etməyəcəyini qeyd edib.

Bəqayi həmçinin xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ rəsmisi arasında mesaj mübadiləsi iddialarını qəti şəkildə təkzib edib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью