İran: ABŞ nin nüvə danışıqlarını bərpa etmək istəyi absurddur

25.09.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün Tehranla danışıqları bərpa etmək istəyi qeyri-səmimi və absurd görünür.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

XİN sözçüsü "X" hesabında paylaşım edərək, "Birləşmiş Ştatların diplomatiyaya hazır olması iddiası sadəcə olaraq qeyri-ciddi və absurddur. Diplomatik danışıqların ortasında bir ölkəni bombalayıb sülh təklif edə bilməzsiniz" sözlərini yazıb.

Qeyd edək ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Vitkoff bəyan edib ki, Vaşinqton nüvə proqramı üzrə Tehranla danışıqları davam etdirmək istəyir.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью