Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bağayi keçirdyi mətbuat konfransında sanksiyaların ləğvi ehtimalı barədə sualın cavabında belə deyib.
“Təəssüflə bildirirəm ki, indiyədək Amerika tərəfdən bu məsələyə heç bir aydınlıq gətirillməyib”, - iranlı diplomat bildirib.
Onun sözlərinə görə, Tehranın İrana qarşı qoyulan məhdudiyyətlərin necə aradan qaldırılacağı ilə bağlı aydın anlayışa ehtiyacı var.
- Biz əmin olmalıyıq ki, İran xalqına qarşı tətbiq olunan sərt sanksiyalar həqiqətən də iqtisadi, bank və ticarət sahələrində aradan qaldırılacaq.
Keçmiş mənfi təcrübələr təkrarlanmamalıdır”, - İsmayıl Bağayi vurğulayıb.
Tehran: "Trampın hədələri qırmızı xəttdir" | VİDEO Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun İran hakimiyyətinə nüvə proqramı ilə bağlı ətraflı və Vaşinqtonun fikrincə məqbul təklif göndərdiyini açıqlayıb.
İranın nüvə proqramı ilə bağlı Vaşinqton-Tehran danışıqları davam edir.