İran ABŞ nin şərtləri yerinə yetirilməyənədək danışıqlar aparmayacaq

15.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 sentyabr, AZƏRTAC

İran ABŞ tərəfindən irəli sürülən şərtlər yerinə yetirilməyənədək Vaşinqtonla danışıqlar aparmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

“İranın şərtləri yerinə yetirilənədək danışıqlar aparılmayacaq”, - deyə o, sosial şəbəkədə yazıb.

Rzayi ABŞ Prezidenti Donald Trampın danışıqlarla bağlı “ziddiyyətli siqnallar” verdiyini də qeyd edib.

Qeyd edək ki, Tramp Tehranla danışıqların bərpa edilib-edilməyəcəyinə qərar verəcəyini və diplomatik həll yoluna açıq olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью