İran ABŞ nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

08.07.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

ABŞ-nin İrana qarşı hər hansı hərbi təcavüzü əvvəlkindən daha genişmiqyaslı cavabla qarşılanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yüksəkrütbəli iranlı mənbəyə istinadən məlumat yayıb.
 

“İran Birləşmiş Ştatların bundan sonrakı hər hansı hərbi fəaliyyətinin əvvəlkindən daha qətiyyətli, genişmiqyaslı və sərt cavabla qarşılanacağı barədə ciddi xəbərdarlıq edib", - agentliyin həmsöhbəti bildirib.


Mənbə əlavə edib ki, İran ABŞ tərəfindən razılaşmanın dəfələrlə pozulmasını, o cümlədən İran neftinin satışına qoyulan istisnaların ləğv edilməsini cavabsız qoymayacaq.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью