Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin təklifləri İran tərəfindən müsbət qarşılanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumatlı mənbələrə istinadla bildirib.
Məlumata görə, Tehran Hörmüz boğazının açılması müqabilində müharibənin birdəfəlik dayandırılmasını istəyir.
Mənbələr qeyd ediblər ki, İran rəsmiləri danışıqlara başlanılmasından əvvəl müharibənin tamamilə dayandırılmasında israr edirlər.
Mərhələli tədbirlər paketi ilə bağlı müzakirələr davam etsə də, hələlik hərtərəfli təklif üzərində yekun razılaşma əldə olunmayıb.
Mənbələr İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi və vasitəçilərlə birbaşa əlaqənin saxlanıldığını da bildiriblər.
Məlumata əsasən, yol xəritəsi üzrə razılıq əldə olunacağı təqdirdə ABŞ nümayəndə heyəti Dohaya səfər etməyə hazırdır. Amma səfərin baş tutması İranla aparılan danışıqlarda əldə ediləcək irəliləyişdən asılıdır.