Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran regiondakı ABŞ hərbi obyektlərinə çatmaq və zərbə endirmək imkanına malikdir.
"AzPolitika" xəbər verir ki, bunu İranın ali rəhbəri Əli Xameneyi sosial media hesabından etdiyi paylaşımda bildirib.
“İslam Respublikası Əl-Udeyd aviabazasına hücum edərək Amerikanın üzünə sillə vurdu. İranın regiondakı mühüm ABŞ mərkəzlərinə çıxışının olması və lazım gəldikdə hərəkətə keçə bilməsi sadəcə kiçik hadisə deyil, ciddi və təkrarlana biləcək bir məsələdir”, – deyə, Xameneyi vurğulayıb.
Qeyd edək ki, Əl-Udeyd aviabazası ABŞ-nin Qətərdə yerləşən ən böyük hərbi bazalarından biridir.
"AzPolitika.info"