İran ABŞ nin “yekun razılaşma” iddialarını təkzib EDİR

06.05.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tehran ABŞ-nin təqdim etdiyi son mətnə hələ rəsmi cavab vermədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim News Agency" məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, sənəddə İran tərəfindən “qəbuledilməz” hesab edilən bəzi bəndlər mövcuddur.

Mənbə həmçinin ABŞ mediasında yayılan və tərəflərin müharibəyə son qoyacaq yekun bir səhifəlik razılaşmaya yaxın olduğu barədə xəbərləri “yanlış” adlandırıb.

Bildirilib ki, hazırda danışıqlar prosesi ilə bağlı yekun mövqe formalaşdırılmayıb və Tehran sənədin detallı şəkildə araşdırılmasını davam etdirir.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью