İran ABŞ ordusunu daş dövrünə qaytarmaqla hədələyib

03.04.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

“İran ərazisinə qurudan müdaxilə ediləcəyi təqdirdə Amerika qoşunları daş dövrünə geri qayıdacaq”.

525.az xəbər verir ki, bu barədə qədər İran Ordusunun Quru Qoşunları Komandanı general Əli Cahanşahi ABŞ-ın təhdidlərinə münasibət bildirərkən deyib.

"Biz sizin əsgərlərinizi hətta daş dövrünə deyil, ondan əvvəlki dövrə göndərəcəyik. İranın silahlı qüvvələri illərlə davam edən intensiv təlimlərdən sonra ölkələrini müdafiə etməyə tam hazırdır. İran işğalçılar üçün qəbiristanlığa çevriləcək. Əgər şübhəniz varsa, sınayın", - Cahanşahi əlavə edib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью