İran ABŞ qarşıdurması təhlükəli bir mərhələyə gedir KİV

21.07.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

İran və ABŞ arasında qarşıdurma, İslamabadda əldə olunmuş Anlaşma Memorandumunun sürətlə qüvvədən düşməsi fonunda, getdikcə daha təhlükəli mərhələyə daxil olur.

Sitat.info xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzeti yazır.

Qəzetin təhlilinə görə, bu proses hərbi əməliyyatların miqyasının genişlənməsi, tərəflərin döyüş meydanında verdiyi mesajların intensivləşməsi və İranın dəniz müharibəsinin genişlənməsindən mümkün quru əməliyyatına qədər bütün ssenarilərə hazırlaşması ilə müşayiət olunur. Nəşr bildirir ki, Tehran siyasi həll yollarını tam bağlamasa da, hərbi planlarını eskalasiyanın davam edəcəyi ehtimalı üzərində qurur.

“Əl-Əxbar” vurğulayır ki, ABŞ hərbi üstünlüyə malik olsa da, qəti hərbi qələbə əldə etmək imkanlarının məhdudluğu münaqişəni uzunmüddətli müharibəyə çevirə bilər.  

Səid,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью