Icma.az, Yeniavaz saytına istinadən bildirir.
İran İsrailin Livana qarşı hər hansı yeni hücumunu Vaşinqton və Tehran arasındakı anlaşma memorandumunun pozulması kimi qiymətləndirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi xarici səfirlərlə görüşdə bildirib.
“Sionist rejiminin (İsrail nəzərdə tutulur) Livana qarşı hər hansı hərbi hücumu və Livan ərazilərinin hər hansı işğalı bizim üçün anlaşma memorandumunun pozulması demək olacaq”, - o, qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ və İran, eləcə də danışıqlarda vasitəçi olan Pakistan Vaşinqtonla Tehran arasında razılaşmanı təsdiq ediblər. Sazişin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. Tehranın sözlərinə görə, memorandumun imzalanmasından sonrakı 60 günlük müddət ərzində tərəflər digər məsələlərlə yanaşı, İranın nüvə proqramını da müzakirə edəcəklər. İyunun 15-dən etibarən ABŞ İranın dəniz blokadasına son qoyacaq, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatları birdəfəlik dayandıracaq.