İran: ABŞ sülh sazişini pozarsa,...

19.06.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

ABŞ əldə olunmuş sülh razılaşmasının şərtlərini pozarsa, Tehran buna cavab vermək üçün əvvəlcədən hazırlanmış plana malikdir.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Şurası bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, İran öz milli maraqlarını və hüquqlarını qorumaqda qətiyyətlidir.

“İran xalqının bütün hüquqları tam şəkildə bərpa olunana qədər dayanmayacağıq”, – deyə bəyanatda bildirilib.

Sənəddə həmçinin qeyd olunub ki, Vaşinqtonun razılaşmadan kənara çıxacağı və ya öhdəliklərini pozacağı təqdirdə Tehran əvvəlcədən hazırlanmış cavab mexanizmini işə salacaq. Əgər ABŞ tərəfindən hər hansı yayınma və ya razılaşmanın pozulması halı baş verərsə, cavab tədbirləri əvvəlcədən hazırlanmış plana uyğun şəkildə həyata keçiriləcək.

Bəyanat ABŞ və İran arasında əldə olunmuş yeni memorandumun imzalanması ərəfəsində səsləndirilib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью