İran ABŞ Tehranın şərtlərini qəbul edəcəyi təqdirdə Hörmüz boğazını açmağa hazırdır

08.08.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran hakimiyyəti ABŞ Tehranın şərtlərini qəbul edəcəyi və regionda gedən danışıqlara müdaxilədən əl çəkəcəyi təqdirdə Hörmüz boğazını gəmiçilik üçün açacaq.

Bizimyol.info xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebi bildirib.

“Hörmüz boğazının açılması ABŞ-ın İranın şərtlərini tam qəbul etməsindən və Amerika tərəfinin regional danışıqlar prosesinə müdaxilədən imtina etməsindən asılıdır. ABŞ İranın şərtlərini qəbul edən kimi Hörmüz boğazı, şübhəsiz ki, açılacaq”, — deyə o bildirib.

Avqustun 5-də İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai İran və Oman arasında Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarının razılaşdırıldığını açıqlayıb.

Bununla belə, Bəqai vurğulayıb ki, Tehran və Maskat arasında gələcək razılaşma boğazın dərhal açılmasını nəzərdə tutmur. Onun sözlərinə görə, bu məsələ ABŞ-ın atacağı addımlardan asılı olacaq.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью