Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İran ABŞ və İsrail tərəfindən yeni hücumlar olacağı təqdirdə cavab tədbirlərində özünü məhdudlaşdırmaq niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bu barədə yüksəkvəzifəli iranlı mənbə ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumların yenidən başlaya biləcəyi ilə bağlı açıqlamalarını şərh edərkən TASS-a bildirib.
Mənbənin sözlərinə görə, İran hücumun miqyasından asılı olmayaraq, istənilən zərbəyə genişmiqyaslı cavab verməyə hazırlaşır. O, ölkənin yeni hərbi texnologiyalarını nümayiş etdirə biləcəyini və cavab tədbirlərini müəyyən ərazi və ya qarşıdurma sahəsi ilə məhdudlaşdırmayacağını qeyd edib.
Bildirilib ki, Tehranın bu mövqeyi Vaşinqtonun addımlarına inamsızlıq və İsrailin ABŞ administrasiyasına təsiri ilə əlaqədardır. Mənbə İranın uzunmüddətli münaqişəyə hazırlaşdığını, müdafiə və hücum strategiyalarını buna uyğun qurduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla münaqişəni “yaxşı və ya o qədər də yaxşı olmayan yolla” başa çatdıracaqlarını bildirib. O, Vaşinqtonun məsələni sona çatdırmalı olduğunu və əsas sualın bunun necə həyata keçiriləcəyindən ibarət olduğunu deyib.
Rusiya Prezidenti Vladimir Putin isə sentyabrda Moskvanın İran və ABŞ arasında atəşkəs memorandumu imzalanmasını alqışladığını, lakin əldə olunan atəşkəsin dayanıqsız olduğunu bildirib.
Xədicə BAXŞILI