İran ABŞ və İsrailin 200 təyyarəsini VURUB

18.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“İranın hava hücumundan müdafiə sistemləri ABŞ və İsraillə müharibə zamanı dronlar da daxil olmaqla, 200-dən çox düşmən təyyarəsini vurub”.

“Cebheinfo.az” xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini Mustafa İzadi bildirib.

O əlavə edib ki, düşmən müharibəyə diqqətlə planlaşdırılmış "rejim dəyişikliyi" və ölkənin dağılması ssenarisi ilə başlayıb: “Lakin bütün cəbhələrdə məğlubiyyətə uğrayıb və İranın nüvə sənayesinə çıxış əldə edə bilməyib”. 

İzadi, həmçinin qeyd edib ki, məlumata görə, gənc amerikalıların 80 faizi İran İslam Respublikası ilə müharibəyə qarşıdır.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью