İran ABŞ və İsrailin Suriyada çevrilişdə iştirakına dair sübutlar olduğunu bildirir

11.12.2024

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriyada hərbi çevriliş ABŞ və İsrail tərəfindən “qonşu ölkənin” dəstəyi ilə planlaşdırılıb, İranda buna sübut var.

Bizimyol.info xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei xalqa müraciəti zamanı deyib.

“Şübhə olmamalıdır ki, Suriyada baş verənlər amerikalılarla sionistlərin (israilliləri nəzərdə tutur) birgə planıdır. Bəli, Suriyaya qonşu olan bir dövlət də burada öz rolunu oynayıb və indi də oynayır. Lakin əsas sui-qəsdçilər ABŞ və sionistlər idi. Bunun sübutu var”, - deyə SNN telekanalı Xamneyinin sözlərini sitat gətirir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью