İran ABŞ yə 7 şərt irəli sürdü Əks halda danışıqlara getməyəcək

24.11.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran hakimiyyəti regiondakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlara başlamaq istəmir. Bunun üçün ABŞ əvvəlcə Tehranın irəli sürdüyü yeddi ilkin şərti qəbul etməlidir.

Modern.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə axşamı günü bəyan edib.

“İranın yeddi şərti yerinə yetirilməyənə qədər heç bir addım atılmayacaq və danışıqlar aparılmayacaq”, – deyə parlament sədri bildirib. Onun sözlərini “Tasnim” agentliyi yayıb.

Qalibaf onu da vurğulayıb ki, qarşı tərəf İrana qarşı yeni təcavüzkar addımlar atarsa, Tehran “döyüş əməliyyatlarının coğrafiyasını genişləndirməyə” hazırdır.

Bundan əvvəl müxtəlif mənbələrin məlumatına görə, Tehranın irəli sürdüyü şərtlər arasında regionda, o cümlədən Livanda hərbi əməliyyatların tamamilə dayandırılması, sanksiyaların ləğvi, ABŞ-ın dəniz blokadasının aradan qaldırılması, dondurulmuş İran aktivlərinin sərbəst buraxılması və ölkəyə dəymiş ziyana görə kompensasiya ödənilməsi yer alıb.

Ötən həftə ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib ki, Vaşinqton münaqişənin dayandırılması ilə bağlı ABŞ-ı qane edən razılaşmalar əldə olunana qədər İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək.

Nazir iddia edib ki, İran hazırda neft sata bilmir. Bununla belə, onun sözlərinə görə, bu vəziyyət həmin enerji resursunu idxal edən ölkələrə zərər vurmayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью