İran ABŞ yə daha ciddi zərbə endirsə, Vaşinqton bunu edəcək AÇIQLAMA

30.07.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ-nin İrana qarşı son hava zərbələri hələlik tammiqyaslı müharibənin başlanması olmasa da, İranın hərbi imkanlarını zəiflətmək və çəkindirmə mesajıdır. Demək olar ki, ABŞ bununla bir daha İran tərəfinə son şans verdi. Əlbəttə, vəziyyət çox həssas bir nöqtəyə, kiçik bir insidentin genişmiqyaslı eskalasiyaya səbəb ola biləcəyi duruma gəlib. Bu baxımdan, ABŞ-nin son çəkindirici hava zərbələri İranın raket, PUA və SEPAH infrastrukturuna, Tehrana qarşı hücumların cavabsız qalmayacağı mesajını verdi. Bu zərbələri, əlbəttə ki, ABŞ bazalarına və regiondakı müttəfiqlərinə dolayı yolla proksi qüvvələr vasitəsilə həyata keçirilən hücumlara cavab olaraq da qiymətləndirmək olar. Hərbi toqquşmaların yenidən başlanmasına baxmayaraq, vasitəçi ölkələrin təşəbbüsü ilə diplomatik kanallar əsla bağlanmadı və danışıqlar prosesi bu gün də davam etməkdədir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi səsləndirdi.

Onun sözlərinə görə, hərbi əməliyyatlar danışıqlar prosesinə təsir göstərir və bu baxımdan baş verənləri səbəbsiz hesab etmək olmaz:

“Hazırda hər iki ölkənin qarşılıqlı olaraq məhdud zərbələr endirməsi ehtimalı yenə də yüksəkdir. İran ABŞ bazalarına və müttəfiq ölkələrə qarşı daha ciddi zərbələr endirərsə, Vaşinqton daha geniş hərbi əməliyyatlara başlaya bilər. Əlbəttə ki, vasitəçilərin iştirakı burada böyük rol oynayır. Hesab edirəm ki, münaqişənin İsrail, İraq, Suriya, Livan və Fars körfəzi ölkələrinə sıçrama ehtimalının hər zaman yüksək olduğunu nəzərə alsaq, münaqişənin regional müharibəyə çevrilməsi ehtimalı yüksəkdir və vasitəçilərin diplomatik səyləri burada öz təsirini göstərir. Bu, tərəflərin uzunmüddətli və genişmiqyaslı hərbi əməliyyatlara başlamasının qarşısını almaqda və quru əməliyyatlarının qarşısını almaqda kifayət qədər böyük rol oynayır.

Bütün bunlar onu göstərir və hesab edirəm ki, qarşılıqlı cavab zərbələrinin davam etməsi prosesi səngiməyəcək, davam edəcək. Genişmiqyaslı eskalasiya riskinin də yüksək olaraq qalacağı görünür. Buna rəğmən, tərəflər uzunmüddətli hərbi əməliyyatlara və quru əməliyyatlarına başlamaqdan çəkinir və bunda maraqlı deyillər”.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью