İran ABŞ yə xəbərdarlıq edib Hücumları 2 3 gün ərzində davam edərsə...

18.07.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rəsmi Tehran ABŞ-nin İrana qarşı hücumları 2-3 gün ərzində davam edərsə, müdafiə əməliyyatlarından hücum əməliyyatlarına keçəcək.

"Report" xəbər verir ki, bu barədə İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi İran dövlət televiziyasının efirində danışıb.

"Əgər ABŞ-nin hücumları qarşıdakı iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən "hücum və tam məhvetmə" mərhələsinə keçəcək", - deyə o, bildirib.

Rzayi vurğulayıb ki, bu halda Tehran təkcə münaqişə zonasındakı ABŞ bazalarına deyil, həm də ondan kənarda yerləşən bazalara hücum edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью