İran ABŞ yə yeddi günlük plan göndərib

26.09.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Tehran Hörmüz boğazından naviqasiyanı bərpası üçün ABŞ-yə Qətər vasitəsilə yeddi günlük plan təqdim edib.

"AzPolitika" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İran Qətər vasitəsilə ABŞ-yə yeddi günlük dəqiq plan təqdim edib. Lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal naviqasiya bərpa olunacaq. Seçim ABŞ-nindir", - o, jurnalistlərə deyib.

İranın planının yeddi günlük müddəti ABŞ tərəfindən qəbul edildikdən sonra başlayır. Əraqçi qeyd edib ki, yeddinci gün Tehran Vaşinqtonla danışıqlara başlamağa hazır olacaq.

O əlavə edib ki, planın tələbləri ABŞ ilə anlaşma memorandumunda göstərilən tələblərə bənzəyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью