İran ABŞ zərbələrindən sonra sükutu pozdu: Əraqçı həmin ərazini açıqlandı

03.11.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra itmiş uranın yerini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Əraqçı bu barədə “Əl-Cəzirə”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 60 faizədək zənginləşdirilmiş və əvvəlcə itmiş hesab edilən 400 kiloqram uran əslində hücumdan əvvəl olduğu yerdə – dağıdılmış obyektlərin qalıqları altındadır.

ABŞ-ın zərbələri İranın nüvə proqramına ciddi zərər vurub, bir çox bina və avadanlıq dağıdılıb. Lakin o, texnologiyaların və bilik bazasının qorunduğunu, ölkənin elmi potensialının zərər görmədiyini vurğulayıb.

Nazir əlavə edib ki, İranın qətiyyəti nəinki azalmayıb, əksinə, bu hücumlardan sonra daha da artıb.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью