Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran rəsmiləri ABŞ‑nin hərbi təzyiqlərinə qarşı sərt reaksiya verərək bildirib ki, istənilən ABŞ hücumu tammiqyaslı müharibə kimi qəbul ediləcək və buna qarşı ən sərt cavab veriləcək.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, İranın yüksək vəzifəli nümayəndəsi açıqlamasında, ABŞ‑ın bölgəyə göndərdiyi hərbi qüvvələrə baxmayaraq Tehran sülhə ümid etdiyini söyləsə də, ordusunun ən pis ssenarilərə hazır olduğunu vurğulayıb. O, əlavə edib ki, bu dəfə hər hansı bir hücum – məhdud və ya geniş – İran üçün “tammiqyaslı müharibə” hesab olunacaq və buna ən sərt cavab veriləcək.
Rəsmi bəyanatda həmçinin vurğulanıb ki, İran hər hansı bir xarici gücün suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədiyi təqdirdə, buna qarşı güclü hərbi‑siyasi addımlar atmağa hazırdır.
Bu bəyanatdan əvvəl ABŞ Prezidenti Donald Tramp bölgəyə aviasiya gəmisi qrupunu (“armada”) göndərdiyini açıqlamışdı.
Cavid, BakuPost