İran Abu Dabi yə HÜCUM ETDİ

28.02.2026

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

CNN telekanalı Əbu-Dabidə partlayışların baş verdiyini xəbər verir. Məlumatda bildirilir ki, partlayışların qeydə alındığı ərazidə ABŞ-a məxsus hərbi baza yerləşir.

Ajans.az xəbər verir ki, İranın Tasnim xəbər agentliyi İranın Bəhreyndə yerləşən ABŞ bazasına raket hücumu həyata keçirdiyini iddia edir.

Əl-Cəzirə telekanalının yaydığı məlumata görə isə, Qətər Müdafiə Nazirliyinin açıqlamasında Qətərin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən buraxıldığı iddia edilən raketi zərərsizləşdirdiyi bildirilib.

Hadisələrlə bağlı rəsmi təsdiqlər və əlavə detallar hələlik açıqlanmayıb. Məlumatlar dəqiqləşdirilir.

DOĞRU.AZ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью