Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur ABŞ-ın ölkəyə qarşı həyata keçirdiyi son hücumlar nəticəsində ən azı 18 nəfərin öldüyünü, 142 nəfərin isə yaralandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kermanpur sosial media hesabında paylaşdığı açıqlamada ölənlər arasında iki qadın və bir uşağın olduğunu bildirib. Onun sözlərinə görə, yaralananlardan 61-i qadın, 44-ü isə 18 yaşdan kiçikdir.
İHA-nın məlumatına görə, Kermanpur itkilərin yalnız rəqəmlərdən ibarət olmadığını vurğulayıb.
“Hər rəqəmin arxasında bir insan və bir ailə dayanır”, — deyə, o bildirib.
Aytən Yaşar/ Turkustan.az