İran AEBA nın hücuma məruz qalan nüvə obyektlərinə giriş tələbinə etiraz edib

29.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə obyektlərinə endirilən hərbi zərbələri pisləməyənədək hücuma məruz qalan həmin obyektlərə giriş tələb etmək hüququna malik deyil.

Teleqraf xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.

“Harada yerləşməsindən asılı olmayaraq, bütün obyektlərimiz Agentliyin nəzarəti altında olub. Agentlik hərbi zərbələri pisləməyə hazır olmadığı müddətdə təhlükə altında olan və hücumlara məruz qalan obyektlərə təftiş məqsədilə gəlməyi tələb edə bilməz”, – deyə o, İran dövlət televiziyasına açıqlamasında bildirib.

M.Eslami əlavə edib ki, İran nüvə obyektlərini gizlətmək məqsədilə deyil, onların həssaslığına və ölkənin təxminən son 30 ildə ABŞ və İsrail tərəfindən müxtəlif formalarda təcavüzə məruz qalmasına görə yerin altında inşa edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью