İran Aİ 3 ilə nüvə faylı üzrə dialoqu bərpa etməyə hazırdır

24.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Tehran nüvə proqramı ilə bağlı vəziyyəti həll etmək üçün Aİ-3 ölkələri (Almaniya, Böyük Britaniya və Fransa) ilə danışıqlara yenidən başlamaq üçün Berlin, London və Parisə səfər edərək ilk addımı atmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib

"Mən yenə diplomatiya təklif edirəm. Moskva və Pekində son məsləhətləşmələrimdən sonra ilk addımı atmağa və Paris, Berlin və Londona səfər etməyə hazıram. İran ABŞ ilə dolayı danışıqlara başlamazdan əvvəl bunu etməyə hazır idim, lakin Aİ-3 bundan imtina etdi", - deyə Əraqçi qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью