İran Aİ ni Yaxın Şərqdəki münaqişəyə müdaxilədən çəkindirib

03.03.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Avropa ölkələrini İsrail və ABŞ-nin Tehrana qarşı birgə əməliyyatında iştirakdan çəkinməyə çağırıb.

"Cebheinfo.az" Yaxın Şərq mətbuatına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bəyan edib.

"İrana qarşı istənilən belə hərəkət (Aİ-nin iştirakı - red.) müttəfiqlik (İsrail və ABŞ ilə - red.) kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə aktı kimi qəbul ediləcək", - Bəqai bildirib.

Daha əvvəl Böyük Britaniya, Almaniya və Fransa İranın Yaxın Şərqdəki müttəfiqlərinə hücumlara son qoymayacağı təqdirdə hərbi güc tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью