İran amerikalıları hədələdi: Ayağınızı kəsəcəyik!

02.04.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İRNA-nın yaydığı məlumata görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi ABŞ hakimiyyətinin təhdidlərinə cavab verərkən deyib.
O qeyd edib ki, əgər hər hansı bir təcavüzkar İslam ölkəsi olan İranın müqəddəs ərazisinə ayaq basarsa, ciddi cəza ilə üzləşər: "Biz onun ayağını kəsəcəyik! İslam İnqilabının təlimlərinə görə, biz müharibələrin heç birinin təşəbbüskarı olmamışıq və olmamalıyıq. Lakin təcavüzkarlarla qəti və sərt şəkildə mübarizə aparmağı öyrənmişik".
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərərək, Trampın Tehrana qarşı təhdidlərini pisləməyi tələb etmişdi.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 28-də qalmaqallı açıqlama vermişdi. O, deyib ki, əgər İran hakimiyyəti Vaşinqtonla nüvə proqramına dair razılığa gəlməsə, bu ölkədə “pis şeylər baş verəcək”. Ağ Ev rəhbəri İran hakimiyyətinə göndərilən məktubu da xatırladıb. O, orada ya Vaşinqton və Tehranın danışaraq məsələləri müzakirə edəcəyini, ya da İranın bunun ağır nəticələri ilə üzləşəcəyini qeyd edib.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью