Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“İran artıq ABŞ-a etibar etmir”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşündə deyib.
Pezeşkian görüş zamanı İranın danışıqlar masasından ayrılmadığını söyləyib.
“İran danışıqlar masasından ayrılmayıb. Keçmiş təcrübələrə əsaslanaraq, İran artıq ABŞ-a etibar etmir”, - Pezeşkian bildirib.
İranın regionda sülh və təhlükəsizlik istədiyini vurğulayan Prezident ölkəsinin xarici təzyiqlərin təsiri altına düşməsinə imkan verməyəcəyini qeyd edib.
Quterreş isə mövcud mürəkkəb şəraitdə siyasi və diplomatik həll yolunun tapılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.