İran artıq iki gündür gəmilərə hücum etmir Vens

18.06.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə öz öhdəliklərini yerinə yetirir. 
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens bildirib.
"Artıq ardıcıl olaraq ikinci gecədir ki, İran qüvvələri Hörmüz boğazında gəmilərə hücum etmir", - deyə siyasətçi mətbuat nümayəndələrinə məlumat verib.
İyunun 18-nə keçən gecə ABŞ və İran fevralın 28-də başlamış hərbi münaqişənin başa çatmasını nəzərdə tutan memorandum imzalayıblar.
Bu sənədə əsasən, hər iki tərəf bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, həmçinin daxili işlərə qarışmaqdan çəkinməyi öhdəsinə götürür. Xüsusilə, İran 60 gün ərzində gəmilərin Hörmüz boğazından keçidi üçün rüsum tutmamağa razılaşıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью