Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
“İran artıq uranın zənginləşdirilməsindən istifadə edə bilməyəcək”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov “Fox News” telekanalına müsahibəsində deyib.
“İran uranı 90%-ə qədər zənginləşdirə bilsə də, ondan istifadə edə bilməyəcək. Çünki İsfahanda uranı zənginləşdirmədən əvvəl nüvə materialını çevirmək və metallaşdırmaq üçün zəruri obyekt məhv edilib”, - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az