İran atəşkəs dövründə neft satışından 6 milyard dollara qədər gəlir əldə edib

19.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Analitiklərin qiymətləndirməsinə görə, İran ABŞ ilə atəşkəs dövründə neft ixracından təxminən 5-6 milyard dollar gəlir əldə edib.
Bizim.Media xəbər verir ki, ABŞ-ın İran neftinə tətbiq etdiyi blokadanı təxminən bir ay müddətinə yumşaltmasından istifadə edən Tehran bu dövrdə ümumilikdə 70 milyon barel neft ixrac edə bilib.
Qeyd edək ki, tərəflər arasında imzalanmış qarşılıqlı anlaşma memorandumu bir ay qüvvədə olub.
Sənəd iyunun 18-də imzalansa da, iyulun 18-də İran Xarici İşlər Nazirliyi bu razılaşmanın artıq qüvvədə olmadığını bəyan edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью