Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ administrasiyası İran aviaşirkətlərinin sentyabrın 23-dən etibarən beynəlxalq reysləri həyata keçirməkdə ciddi çətinliklərlə üzləşəcəyini bildirir.
Avtosfer.az CNBC-yə istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent telekanalın canlı yayımında deyib.
Bessentin sözlərinə görə, sentyabrın 23-dən etibarən xarici ölkələrdə İran aviaşirkətlərinə yanacaq, yerüstü xidmətlər və bilet satışı kimi xidmətlərin göstərilməsi ABŞ sanksiyaları ilə üzləşə bilər.
"Sentyabrın 23-də dünyadakı bütün İran aviaşirkətləri fəaliyyətini dayandıracaq. Onlar yerə enərkən siz onlara yanacaq verə, yerüstü xidmət göstərə və ya bilet sata bilməyəcəksiniz. Əks halda, sizi dollar sistemindən kənarlaşdıracaqlar", - deyə Bessent bildirib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-də İranın aviasiya sektoruna dəstək verməkdə günahlandırılan 36 şirkət və quruma qarşı sanksiyalar tətbiq edib. Siyahıda Gürcüstan istiqamətində reyslər həyata keçirən bəzi İran aviaşirkətləri də yer alıb. (oxu.az)