İran avqustun 26 da Cenevrədə Avropa dövlətləri ilə yeni danışıqlar aparacaq

25.08.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İran və Avropanın üç qüdrəti (Almaniya, Fransa və Böyük Britaniya) arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar sabah, avqustun 26-da Cenevrədə keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

"Çərşənbə axşamı günü İran və 2015-ci il nüvə sazişinin üç Avropa tərəfi, eləcə də Avropa İttifaqı Cenevrədə xarici işlər nazirinin müavinləri səviyyəsində danışıqların yeni raundu keçirəcək", - deyə bəyanatda qeyd edilir.

Danışıqların gündəliyinə nüvə məsələləri və sanksiyaların ləğvi daxildir. Bu görüş İsrailin İranla 12 günlük müharibəsindən sonra ikinci görüş olacaq. Qeyd edək ki, bu müddət ərzində ABŞ da Tehranın nüvə obyektlərinə zərbələr endirdi.

Danışıqların əvvəlki raundu iyulun 25-də İstanbulda baş tutub. Xatırladaq ki, dünən “The Telegraph” qəzeti yazıb ki, İran BMT sanksiyalarının yenidən tətbiq edilməməsi və münaqişənin gərginləşməsinin qarşısını almaq üçün uranın zənginləşdirilməsi səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa hazırdır. Tehranın zənginləşdirmə səviyyəsini 20%-ə endirməyə hazır olduğu iddia edilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью