İran: Avropa da ABŞ kimi uduzur

20.10.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini ABŞ ilə birlikdə İrana qarşı hücumlara dəstək verməkdə ittiham edib.

“Bakupost” xəbər verir ki, Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla Tehranda keçirdiyi mətbuat konfransında regional böhranların yalnız diplomatik yollarla həll edilə biləcəyini bildirib.

Əraqçi İranla Rusiya arasında əməkdaşlığın genişləndirilməsini və Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün region ölkələrinin birgə fəaliyyətini dəstəklədiklərini qeyd edib.

Lavrov isə ABŞ və İsrailin İrana hücumlarını əsassız adlandıraraq, Moskvanın böhranın həllinə töhfə verməyə hazır olduğunu bildirib. O, Cənubi Qafqazda regional əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью